“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə satılıb.

Bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi.

Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.