Tixanovskaya Putinlə görüşmək istədiyini bildirib

30 Noyabr 2020 - 14:03

Belarus müxalifətinin lideri Svetlanan Tixanovskaya Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini açıqlayıb. O bu barədə Azadlıq Radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Belarus mühüm qonşu ölkə ilə münasibətləri qorumalıdır.

“Biz öz nöqteyi-nəzərimizi çatdırmaq və Rusiyanın Belarus məsələsi ilə bağlı mövqeyini bilmək istərdik. Biz qonşuyuq. Və biz gələcəkdə qarşılıqlı münasibətləri davam etdirəcəyik. İstərdim ki, onun söhbət edib. Belaruslular da bunu çox gözləyirlər. Rejimə dəstəyi deyil, belaruslular, bizim, bir insanın səyləri ilə deyil, birlikdə gələcək qurmaq istəyimiz haqda düşüncələri gözləyirlər,” Tixanovksaya deyib.

Noyabrın 26-da Minskdə səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Aleksandr Lukaşenko ilə görüşərək onunla “Qərbin Belarusiyanın işlərinə müdaxiləsi”ni müzakirə edib, Vladimir Putinin salamını çatdırıb və Sovet İttifaqı dövləti haqda xatirələrini bölüşüb.

Bundan öncə isə Tixanovskaya ABŞ-da yeni prezident seçilən Co Baydenlə görüşə dəvət olunduğunu bildirib.

Svetlana Tixanovskaya artıq bir neçə dünya liderləri ilə görüşüb. Onlar arasında Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Slovakiya prezidenti Zuzana Çaputova, Bolqarısran, Avstriya, Yunanıstan və bir neçə digər Aİ ölkələrinin xarici işlər naziləri var. Bundan əlavə o, Bundestaqda və onlayn formatda Fransanın milli assambleyasında da çıxışlar edib.