Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi- Təxribatların qarşısını almağı TAPŞIRDI

Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı saxta məlumatların və təxribatların yayılmasının qarşısının alınması vacibdir.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fövqəladə vəziyyətə həsr olunmuş müşavirədə deyib.

“Prezident informasiya təxribatlarının və feyk xəbərlərin qarşısının alınmasının vacibliyini qeyd edib”, – Tokayevin mətbuat xidmətindən bildirilib.

Tokayev Baş Prokurorluğa və hökumət komissiyasına Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

“Hökumət Komissiyasına və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzası ilə bağlı hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etmək tapşırılıb”, – məlumatda deyilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.