Tokayev və Tramp arasında telefon danışığı olub

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və ABŞ prezidenti Donald Tramp arasında uzun telefon danışığı olub.

AzPost bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verir.

Məlumata görə, hər iki ölkə lideri ikitərəfli gündəm və Ukrayna da daxil olmaqla, mövcud beynəlxalq vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.

“Qasım-Jomart Tokayev bu ilin noyabr ayında Vaşinqtona səfəri zamanı əldə edilən razılaşmaların tam şəkildə həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib. Dövlətimizin başçısı ərazi məsələsinin əsas olduğu və hər iki tərəfdən güzəştə getməyi, real vəziyyəti nəzərə almağı tələb etdiyi Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini vurğulayıb. Buna görə də Qazaxıstan bütün tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə və sülh formulu axtarışını davam etdirməyə çağırır. Eyni zamanda, ölkəmiz vasitəçi deyil, lakin lazım gələrsə, xoşməramlılıq ruhunda danışıqlar platforması təqdim etməyə hazırdır”.

Qasım-Jomart Tokayev Amerika Prezidentinin bir neçə beynəlxalq hərbi münaqişəyə son qoymasına və ABŞ-ın daxili potensialının gücləndirilməsində müsbət nəticələr əldə etməsinə imkan verən görkəmli liderlik keyfiyyətlərini qeyd edib.

“Dövlət Başçısı Donald Trampı uyğun vaxtda Qazaxıstana səfərə dəvət edib”, – Tokayevin mətbuat xidmətinin açıqlamasında deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.