“Tokio ikiüzlü hərəkət edir”- Rusiya XİN

“Yaponiyanın “Müdafiə üzrə Ağ Kitabı”nda yer alanlar Tokionun Qərbin maraqlarına xidmət etdiyini və xarici siyasətdə müstəqilliyinin itirilməsinə doğru getdiyini göstərir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Tokionun Moskvanı hərbi təhdid kimi göstərməsinin ikiüzlü hərəkət kimi qiymətləndirib: “Militarist Yaponiya 80 il əvvəl demək olar ki, bütün Avropanı işğal edərkən nasist Almaniyası ilə necə sövdələşdiyini xatırlatmaq istəyirəm. Yaponiya o dövrdə Avropa xalqlarının taleyi ilə qətiyyən maraqlanmadı”.

“Aydındır ki, o zaman Tokio orada yaşayan xalqların taleyindən qətiyyən narahat deyildi”, – XİN rəsmisi qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Kılıçdaroğlunun korteji qəza törədib

Sonrakı məqalə

Ciddədə Ukrayna üzrə danışıqlar başlayıb