“Tolstoya, Puşkinə, Dostoyevskiyə qadağa qoyublar, absurddur” –LAVROV

“Rusiyanı və ölkəmizlə bağlı hər şeyi ləğv etmək cəhdləri artıq absurdluq həddinə çatıb. Klassiklər – Çaykovski, Dostoyevski, Tolstoy, Puşkin qadağa altındadır. Bu gün milli mədəniyyət və incəsənət xadimlərimiz də təqiblərə məruz qalırlar. Əminliklə deyə bilərik ki, bu tendensiya uzun müddət bizimlə olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Qərb ölkələri bütün ruslara total müharibə elan ediblər, Moskvanı cilovlamaq səylərini artırıblar: “ABŞ Rusiyaya qarşı birtərəfli iqtisadi sanksiyalardan tutmuş, qlobal media məkanında yalan təbliğata qədər bütün alətlərdən istifadə edir. Bir çox Qərb ölkələrində rusofobiya görünməmiş xarakter alıb”.

XİN rəhbərinin fikrincə, Rusiyada vətənpərvər qüvvələrin konsolidasiyası var və prezident Putinin xarici siyasəti geniş ictimai dəstəyə əsaslanır: “Vladimir Putinin təsdiq etdiyi xarici siyasət kursunun geniş milli konsensusa əsaslanması, ölkəmizin əsas siyasi qüvvələri, aparıcı ictimai və biznes birlikləri tərəfindən dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır. Biz Rusiyanın bütün regionlarının gündəlik dəstəyini də hiss edirik”.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Zəngilandan paylaşım edib

Sonrakı məqalə

Jirinovskinin partiyasına yeni sədr seçilib