Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Səbail rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
İlkin məlumata görə, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
**
Paytaxtın Torqovı deyilən ərazisində yeraltı rabitə xəttində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə FHN-in qüvvələri cəlb olunub. Yanğın söndürülüb.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib,
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.