“Tottenhem”lə “Mançester Siti” qələbə qazanıb –Premyer Liqa

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

Açılış oyununda “Tottenhem” doğma meydanda “Nyukasl”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşmalarında “Mançester Siti” “Vest Hem”i 4:1, “Aston Villa” “Lester”i 2:1 hesabı ilə üstələyib. “Arsenal” “Brayton”la, “Çelsi” isə “Kristal Pelas”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla “Liverpul” başçılıq edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.