Tovuz döyüşlərində yaralanmış erməni hərbçi xəstəxanada ölüb

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən qarşıdurma zamanı yaralanan bir hərbi qulluqçunun öldüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 14-də ağır yaralanan 2001-ci il təvəllüdlü Artur Muradyan Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hərbi xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan rəsmiləri daha öncəki çıxışlarında Ermənistan tərəfinin itkiləri gizlətdiyini və zamanla bir-bir açıqlayacaqlarını bildirmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Namazov biznesindən danışdı:

Sonrakı məqalə

Bu gün Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilib