Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb

Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. DİN əməkdaş bildirib ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib: “Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”.

Əvvəlki məqalə

Sinan Oğan seçkilərin II turunda Ərdoğanı dəstəkləyəcəyini bəyan etdi

Sonrakı məqalə

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb