Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlədən şəxsi döyənlər saxlanılıb-FOTO

Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr işlədilməsi görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri – Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb.

Hazırda RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib. Onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təbrik məktubu göndərəcək

Sonrakı məqalə

Dövlət Komitəsi Bakıda 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb