“Toy və yasların keçirilməsi ilə bağlı qadağalar hələ qüvvədədir” –Prezidentin köməkçisi

“Şənbə və bazar günləri dərslər olmur. Şənbə və bazar günləri sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda nəqliyyatın hərəkəti ona görə məhdudlaşdırılır ki, yoluxma artmasın”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

H. Hacıyev deyib ki, bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər: “Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar isə hələ qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məktəblərdə tədrisin təşkili barədə qərar verildi –

Sonrakı məqalə

Azərbaycanda ibtidai siniflər sentyabrın 15-də məktəbdə dərslərə başlayacaq