Tozlu hava şəraiti davam edəcək

- Martın 11-dək
09 Mart 2020 - 16:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görəŞ havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında  toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.