ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Əfqanıstan Prezidenti Əşrəf Qanini ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalaması münasibətilə təbrik edib.
“TASS” xəbər verir ki, bu barədə Qani özünün “Twitter” səhifəsində yazıb.
“Bu gün Prezident Donald Tramp mənə zəng etdi və dünənki sülh prosesinin irəliləməsində Əfqanıstanda baş verən mühüm dəyişikliklər münasibətilə təbrik etdi. Prezident Əfqanıstan hökumətinin bu müddətdə növbəti addımlar atacağına əminliyini bildirdi”, – deyə Əfqanıstan lideri qeyd edib.