Tramp ABŞ-ın NATO-da qalması üçün şərt qoydu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.

APA xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində bildirib.

Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala belə cavab verib: “Əgər onlar hesablarını ödəsələr, təbii ki, üzvlülük saxlanılacaq”.

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Qeyd edək ki, Tramp 2025-ci il yanvarın 20-də prezident kimi fəaliyyətə başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.