Tramp Baydenin andiçmə mərasimi öncəsi Vaşinqtonda fövqəladə vəziyyət elan edib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezident seçkilərində qalib gəlmiş Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və 49-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsini dair əmr verib”, – Ağ Evin məlumatında belə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Peyvəndləmə 100 gün ərzində bütün ölkələrdə start götürməlidir” –