Tramp demokrat rəqibini təhqir etdi:"Tarixinin ən bərbad nitqi idi"

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədləri arasında televiziya deyişməsində tanınmış iş adamı, Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin çıxışını tənqid edib.

“Report” xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində yazıb: “Yəqin ki, Maykl Blumberqin bugünkü çıxışı müzakirələr tarixinin ən bərbad nitqi oldu, orada bəziləri həqiqətən də pisdirlər. O, pəltək, nitqi pozuq, hədsiz naşı idi”.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Keçmiş kürəkəni Rəhim Qazıyevi döydü –

Sonrakı məqalə

Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb