Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb- Koronavirus təhlükəsi ilə bağlı

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir: “Bakı şəhərində 333 məktəb, elə o qədər bağça, 90 məscid var. Dezinfeksiya işləri bu obyektlərin hamısını əhatə edəcək”. 

A.Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp demokrat rəqibini təhqir etdi:

Sonrakı məqalə

DTX Neftçala İcra hakimiyyətində əməliyyatla bağlı məlumat yaydı