Tramp Floridadakı malikanəsində Orbanla görüşəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsində Macarıstan Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır,

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Siyasətçilərin görüş martın 8-də baş tuta bilər.

“Görüş Trampın seçki kampaniyasında xarici siyasət məsələlərinə təsirini necə artırdığını göstərir. Ötən həftə onun köməkçiləri Argentina prezidenti Xavyer Mili ilə görüşmək üçün danışıqlar aparıblar. Tramp həmçinin respublikaçıları ABŞ-ın Ukraynaya 60 milyard dollarlıq yardım paketi göndərməsinə icazə verən sərhəd təhlükəsizliyi və immiqrasiya ilə bağlı ikitərəfli razılaşmanı ləğv etməyə sövq edib”, – nəşr yazır.

Tramp dəfələrlə bəyan edib ki, Ağ Evə qayıtsa, Ukrayna ilə bağlı sülh razılaşmasına nail olacaq. O, həmçinin müdafiə xərclərində hədəfə çatmayan NATO ölkələrini müdafiə etməyəcəyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.