Tramp həbs olundu, həbsxana üçün rəsmi fotosu çəkildi –-FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsxana üçün rəsmi şəkli çəkilib.

Azpost.info bildirir ki, bu foto Fulton dairəsinin Şerif Ofisi tərəfindən yayılıb. Tramp həbsxana üçün rəsmi fotosu çəkilən ilk ABŞ prezidenti olub.

Qeyd olunur ki, Trampa qarşı qaldırılımış əvvəlki üç məhkəmə işində həbs olunarkən onun şəkli çəkilməyib.

Bundan əvvəl Tramp Corciya ştatında seçkilərə müdaxilə ilə bağlı qaldırılmış iddia üzrə yerli hakimiyyət orqanlarına təslim olmaq üçün gəlib və Fulton dairəsindəki həbsxanada saxlanılıb. Həbs formal xarakter daşıyıb və tezliklə məhkəmədə Trampı 200 min dollar girov müqabilində sərbəst buraxıb.

Sabiq ABŞ prezidenti həbs prosedurundan keçdikdən sonra hadisəni “ədalətin parodiyası” adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.