Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp jurnalisti Epşteynlə bağlı sualına görə acıladı

Orkhan Ali 17 Noyabr 2025 - 07:10 (Last updated: 17 Noyabr 2025 - 06:53)
tramp m

ABŞ prezidenti Donald Tramp insan alveri və azyaşlıların istismarında ittiham olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələr barədə verilən sualdan sonra jurnalistə qarşı sərt ifadələr işlədib. AzPost xəbər verir ki, insident Palm-Biç hava limanında keçirilən mətbuat konfransı zamanı Fox News efirində yaşanıb.

Jurnalist Epşteynlə bağlı yeni sənədlərdə yer alan məlumatlara münasibət bildirməsini xahiş edəndə Tramp qəzəblənərək onu “iyrənc reportyor” adlandırıb.

“Sizin kimilər saxta xəbərlər yayır və bu mövzunu qəsdən gündəmə gətirərək administrasiyamızın inanılmaz uğurlarından diqqəti yayındırmağa çalışır. Siz iyrənc reportyorsunuz”, – deyə Tramp suala cavab vermək əvəzinə jurnalisti hədəfə alıb.

Jurnalistin verdiyi sual ABŞ Konqresinin üzvü Tomas Massinin açıqlamasına əsaslanırdı. Massi bildirmişdi ki, Trampın Epşteynin əlaqələrinin araşdırılması ilə bağlı çağırışları, əslində, maliyyəçi ilə onun öz əlaqələrini kölgədə saxlamaq üçün bir “duman pərdəsi” ola bilər.

Qeyd edək ki, demokratlar tərəfindən dərc olunan Epşteynə aid yazışmalarda Donald Tramp barədə guya “seks kompromatı”nın mövcudluğu və onun Rusiya prezidenti Vladimir Putinə təqdim oluna biləcəyi barədə qeydlər də yer almışdı.

12 noyabrda ABŞ Konqresinin dövlət nəzarəti komitəsinə daxil olan demokratlar Epşteyn işi ilə bağlı 20 min səhifəyə yaxın yeni material yayımlayıblar. Maliyyəçinin həyatı 2019-cu ildə, yenidən məhkəmə qarşısına çıxmasına az qalmış müəmmalı şəkildə başa çatmışdı.

AzPost.az

Post navigation

Previous: Miqrenin başlamasına səbəb olan qidalar
Next: Quru öskürəklə necə mübarizə aparmalı?

Oxşar xəbərlər

prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05
ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20

xƏBƏR

meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
İnsan orqanizmi hər gün müxtəlif zərərli maddələrlə təmasda olur. Bu səbəbdən bədənin normal fəaliyyətini və təbii müdafiə...
Read more about Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq valideyn usaq
  • Maraqlı

Hədiyyənin qiymətini uşağa tez-tez xatırlatmayın -Psixoloqdan xəbərdarlıq

User 11 Noyabr 2026 - 21:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.