Tramp koronavirusun qorxusundan şəxsi villasına gedə bilmir

ABŞ prezidentinin Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahı koronavirus təhlükəsinə görə qismən bağlanıb.

Bu barədə CNN telekanalı iqamətgahın ərazisinə giriş icazəsi olan şəxslərin elektron ünvanına gələn xəbərdarlıq məlumatlarına istinadən xəbər verir.

Qeyd olunur ki, Trampın iqamətgahında SPA mərkəzi və idman zalının yerləşdiyi əsas bina qapalıdır.

ABŞ prezidentinin “Trump Organization” şirkətinin nümayəndəsi kompleksin işinin dayandırılmasını birbaşa təsdiq etməsə də, qeyd edib ki, yerli və federal hakimiyyət orqanlarının tapşırığına əsasən, müxtəlif obyektlər müvəqqəti bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb? –

Sonrakı məqalə

Nazirlər Kabinetində Operativ Qərargah toplandı –