Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb? –SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Marja-ya məlum olan məlumatlara görə, indiyədək 23 şirkət və 1 partiya tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 14 milyon 527 min manat ianə ayrılıb.

Fonda könüllü ödəmə edən şirkətlər:

NEQSOL Holding  – 5 milyon manat

Azərbaycan Beynəlxalq Bankı – 2 milyon manat

Azercell Telekom – 2 milyon manat

PAŞA Holding – 2 milyon manat

Akkord Korporasiyası– 1 milyon manat

PAŞA Bank – 500 min manat

Kapital Bank- 500 min manat

Amrahbank – 200 min manat

AzeriMed  – 200 min manat

Bank Respublika – 200 min manat

Yeni Azərbaycan Partiyası – 200 min manat

Siyəzən Broyler – 197 min manat

Amrahsığorta – 100 min manat

Kristal Abşeron – 100 min manat

SƏBA – 100 min manat

“Rotary Motors”,  “Yeni Motor”, “Diamond Motors”, “Subaru Azərbaycan” və “Toyota” Abşeron Mərkəzi birlikdə – 60 min manat

Kontakt Home – 50 min manat

Mətanət A  –  50 min manat

Azəraqrartikinti – 30 min manat

İrşad Electronics – 30 min manat

“Foriella”  –  10 min manat

 

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlanıb

Sonrakı məqalə

Tramp koronavirusun qorxusundan şəxsi villasına gedə bilmir