Tramp məhkəmədə son çıxışını etdi, Baydenə söz atdı –"Bu, "əcinnə ovudur"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp  dələduzluqda ittihamı ilə bağlı məhkəmə prosesində son sözünü deyib.

Azpost.info CNN-ə istinadən bildirir ki,  Tramp bu işi “əcinnə ovu” adlandırıb və hər hansı qanun pozuntusunu rədd edib. “Faktlar belədir: maliyyə hesabatları qüsursuzdur və əleyhimizə heç bir şahid yoxdur. Banklara bütün pulları ödənilib”, – eks-prezident bildirib.

O, həmçinin prezidentliyə namizəd olan bir adam tərəfindən sıxışdırıldığını bildirib. “Onlar əmin olmaq istəyirlər ki, mən yenidən qalib gələ bilməyəcəm, bu qismən seçkilərə müdaxilədir”.

Bundan əlavə, Tramp bildirib ki, hakim Artur Engoronun “öz gündəliyi var” və o, “başa düşür”. Enqoron siyasətçinin vəkilindən müvəkkilinin danışığna nəzarət etməsini tələb edib.

Nyu-York əyalət prokurorları 2022-ci ilin sentyabrında Trampın şirkətinə qarşı  kreditlər və sığorta üzrə daha əlverişli şərtlər əldə etmək üçün aktivlərin dəyərini təhrif etdiyi iddiası qaldırıb.

27 sentyabr 2023-cü ildə Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidentini bu iş üzrə dələduzluqda təqsirli bilib.

Trampın daşınmaz əmlak şirkəti və onun iki yetkin oğlu da iddiada cavabdeh kimi yer alıb. Onlar 2011-2021-ci illər arasında banklar və sığortaçılarla əməkdaşlıq edərkən daha sərfəli şərtlər əldə etmək üçün eks-prezidentin ən böyük aktivlərinin dəyərini süni şəkildə artırmaqda ittiham olunublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.