Tramp oğlu ilə Ronaldonu tanış edib –Məşhur futbolçu Ağ Evdə /FOTO

ABŞ prezidenti Donald Tramp zarafatla bildirib ki, məşhur futbolçu Kriştiano Ronaldonun Ağ Evdəki şam yeməyində iştirakı onun oğlu Barronla münasibətlərinə müsbət təsir göstərib.

AzPost bildirir ki, Ronaldo Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-a səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində olub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayan Ronaldo Məhəmməd bin Salmanın ABŞ-a səfəri şərəfinə təşkil edilən şam yeməyində nişanlısı Corcina Rodrigez ilə birlikdə qonaq olub. Tədbirdə iştirak edən digər qonaqlar arasında FİFA prezidenti Canni İnfantino, Amazon şirkətinin təsisçisi Ceff Bezos və sahibkar Elon Mask da var olub.

Tramp çıxışı zamanı bildirib: “Oğlum Ronaldonun böyük fanatıdır… Barron onunla görüşə bildi və düşünürəm ki, o, indi atasına bir az daha çox hörmət edir, çünki mən onları tanış etmişəm”.

Bu səfər futbol ulduzunun amerikalı müəllim Ketrin Mayorqanın 2017-ci ildə ona qarşı cinsi təcavüz iddiaları irəli sürməsindən bəri ABŞ-da ilk dəfə səfəridir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.