Tramp Putinə zəng vurdu –İran müharibəsi müzakirə edildi

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

“Tramp mövcud beynəlxalq vəziyyəti müzakirə etmək üçün Putinə zəng edib. Putin İran münaqişəsinin həlli ilə bağlı fikirlərini, o cümlədən Körfəz liderləri ilə söhbətlərinin nəticələrini Trampla bölüşüb. Söhbət təxminən bir saat davam edib. Tramp qeyd edib ki, ünsiyyət müntəzəm olmalıdır”, – Uşakov deyib.

**

Tramp və Putinin danığı zamanı söhbət İran ətrafındakı vəziyyət və Ukraynadakı münaqişənin həlli üçün danışıqlara yönəlib.

İran məsələsi ilə bağlı əsaslı və faydalı fikir mübadiləsi aparılıb.

Putin İran ətrafındakı vəziyyətin tez bir zamanda siyasi və diplomatik həllinə yönəlmiş bir sıra mülahizələri qeyd edib.

Rusiya prezidenti ABŞ-ın və şəxsən Trampın Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səylərini yüksək qiymətləndirib.

Söhbət işgüzar, səmimi və konstruktiv keçib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.