Tramp Putinlə telefonla danışdı –"Çox yaxşı danışığım oldu”

ABŞ Prezidenti Tramp Rusiya lideri Putinlə telefonla danışıb.

AzPost bildirir ki, bu barədə Tramp sosial şəbəkədəki paylaşımında bəyan edib.

““Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşümdən əvvəl Rusiya Prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu” — deyə Prezident Donald Tramp qeyd edib.

Ağ Ev telefon danışığı ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya və ABŞ prezidentləri Trampın Zelenski ilə görüşündən dərhal əvvəl telefon danışığı aparıblar.

Ağ Evin verdiyi məlumata görə, tərəflər Ukrayna məsələsini nəhayət həll etmək üçün birgə tədbirlər barədə razılığa gəliblər.

Screenshot

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.