Tramp Ukraynanın 1991-ci il sərhədlərinə qayıdacağına əmin deyil

ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında Ukraynanın 1991-ci il sərhədlərinə qayıda bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.

AzPost bildirir ki, jurnalist Ağ Ev rəhbərinə daha əvvəl Ukraynanın itirilmiş ərazilərini geri ala biləcəyini dediyini xatırladıb və indi bu barədə nə düşündüyünü soruşub.

“Nə olacağını heç vaxt bilmirsən”, – Amerika lideri bildirib.

Ukrayna nümayəndə heyətinin ABŞ prezidenti üçün “Tomaqavk” raketləri ilə bağlı təqdimat hazırladığı da məlum olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.