Tramp Vaşinqtondakı iğtişaşlarda günahının olduğunu qismən etiraf edib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Respublikaçıların Nümayəndələr Palatasındakı lideri Kevin Makkarti ilə söhbətində bildirib ki, keçən həftə Vaşinqtonda baş verən iğtişaşlarda onun da “bəzi günahları” var.

Bu barədə “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən bildirib.

Telekanal iki mənbəyə istinadən məlumat yayıb ki, Makkarti bazar ertəsi gün Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı üzvləri arasında telefonla danışan zaman Trampın belə bir fikirlər səsləndirməsindən danışıb. Makkarti özü də telefon danışığı zamanı “iğtişaşlarda Trampın məsuliyyət daşıması” ilə razılaşdığını deyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Peyvəndləmə 100 gün ərzində bütün ölkələrdə start götürməlidir” –

Sonrakı məqalə

Son otuz ildə 420 milyon hektar meşə sahəsi itirilib