Tramp xarici ölkələrə tətbiq etdiyi rüsumları 90 günlük dayandırdı

ABŞ-ın bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında açıqlayıb.

Tramp qeyd edib ki, 75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək üçün ABŞ nümayəndələrinə müraciət edib.

Bu dövlətlər, ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər. Tramp bildirib ki, məhz buna görə də bu dövr üçün 90 günlük fasilə və cavab rüsumlarının əhəmiyyətli dərəcədə aşağı səviyyədə, yəni 10% təşkil edəcək şəkildə tətbiq olunması barədə əmr verib.

Ağ Ev rəhbəri həmçinin qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.