“Tramp Zelenski ilə ABŞ-da görüşməyi planlaşdırmırdı”- “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Trampın BMT Baş Assambleyasını ziyarəti zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək planı yox idi.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” Trampın seçki qərargahındakı mənbəyə istinadən yazıb.

Mənbə bunun səbəbini açıqlamayıb.

Daha əvvəl “Reuters” Tramp və Zelenskinin ABŞ-da görüşünün baş tutmadığını yazmışdı. İddialara görə, danışıqların aparılması istəyinin qarşılıqlı olsa da, Zelenskinin ABŞ-a səfəri zamanı mümkün görüşün tarixi razılaşdırılmayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.