“Trampı müzakirə etməkdənsə, onunla dialoq qurmağa çalışın”- NATO Baş katibi

NATO Baş katibi Mark Rutte Aİ müdafiə nazirlərini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı müzakirə etməkdənsə, onunla dialoq qurmağa başlamağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Trampla noyabr ayında Floridadakı iqamətgahında görüşəndən sonta Rutte avropalılara Trampla danışıq aparmağı tövsiyə edib.

Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib.O bildirmişdi ki, avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, noyabr seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ı Alyansın tərkibindən çıxaracaq.

Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.