Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Şaxtalı havada nə qədər gəzmək olar?

Orkhan Ali 05 Fevral 2026 - 08:20 (Last updated: 04 Fevral 2026 - 23:55)
qar quba

Şaxtalı havada gəzintinin müddəti havanın temperaturundan birbaşa asılıdır və düzgün seçilmədikdə sağlamlıq üçün risk yarada bilər. Terapevt həkim Nadejda Çernışova bu məsələdə əsas meyarların temperatur və insanın ümumi vəziyyəti olduğunu bildirib. AzPost Aif.ru-ya istinadla xəbər verir ki, mütəxəssis minus 15 dərəcədə açıq havada 40 dəqiqədən 1 saata qədər qalmağın mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, hava temperaturu minus 20 dərəcəyə düşdükdə gəzinti müddəti 15–20 dəqiqə ilə məhdudlaşdırılmalıdır. Minus 25 dərəcə və daha aşağı temperaturda isə ümumiyyətlə evdən çıxmamaq tövsiyə olunur. Xüsusilə özünü yaxşı hiss etməyən şəxslər üçün şaxtalı havada gəzmək əks göstəriş sayılır.

Həkim vurğulayıb ki, şaxtada yalnız sağlam insanlar gəzməlidir və gəzintiyə düzgün hazırlaşmaq vacibdir. Onun sözlərinə görə, soyuğa çıxmazdan əvvəl spirtli içki qəbul etmək olmaz, çünki bu, donma riskini artırır.

Nadejda Çernışova əlavə edib ki, üz dərisi şaxtadan qorunmaq üçün xüsusi kremlə əvvəlcədən, yəni çölə çıxmazdan 30–40 dəqiqə və ya 1 saat əvvəl yağlanmalıdır. Əgər krem birbaşa çıxışdan əvvəl çəkilərsə, dəriyə hopmağa vaxt tapmır və lazımi qoruma təmin etmir.

AzPost.az

Post navigation

Previous: Qışın immunitetə zərbəsi
Next: Həkim burunun duzlu məhlulla yuyulmasının təhlükəsi barədə xəbərdarlıq edib

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.