Donald Trampın komandası İranın nüvə proqramı ilə bağlı danışıqlar aparır. Bu razılaşmanın şərtləri Barak Obama administrasiyası tərəfindən 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində tətbiq edilən məhdudiyyətlərdən xeyli sərt ola bilər.
Azpost.info bildirir ki, The New York Times qəzetinin məlumatına görə, Vaşinqton İranın uran zənginləşdirmə proqramının uzun müddətə – potensial olaraq 15-20 il müddətinə dayandırılmasını və Nətənz, Fordo və İsfahandakı əsas nüvə obyektlərinin sökülməsini istəyir.
Bundan əlavə, ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatının beynəlxalq nəzarət altında verilməsini tələb edir. Amerika tərəfi həmçinin müfəttişlərə ölkədəki həm nüvə, həm də hərbi obyektlərdə təcili yoxlamalar aparmaq hüququ verilməsində israr edir.
Təhran iki ən böyük nüvə obyektinin bağlanmasını müzakirə etməyə razılıq verərək güzəştə getməyə hazır olduğunu bildirsə də, bütün uran zənginləşdirmə obyektlərinin tamamilə bağlanmasına qəti şəkildə qarşı çıxdığını bildirib.
Aydın Əliyev