ABŞ prezidenti Tramp Putinə müharibəni dayandırmaq müqabilində dünyanın qalan hissəsi ilə iqtisadi əlaqələrin bərpasını təklif etmək istəyir.
AzPost bildirir ki, bu barədə Bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens CNN-ə müsahibəsində deyib.
Vens həmçinin ABŞ-ın danışıqlardan çıxa biləcəyini deyib: “Bax, biz danışıqlardan çıxmağa tam hazırıq. Prezident açıq şəkildə bildirdi ki, ABŞ-ın yerində saymaq niyyəti yoxdur. Bizə nəticələr lazımdır. Artıq bir müddətdir ki, danışıqlar gedir və biz müəyyən çıxılmaz dalan görürük”, – ABŞ vitse-prezidenti qeyd edib.