“Trampın səhifəsi işçilərin təzyiqi ilə bağlanmışdı” –İlon Mask

Tviterin rəhbəri İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabının təzyiqlər səbəbindən 2021-ci ildə bloklandığını bildirib.

TASS  xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

“Yüzlərlə işçi fəalın təzyiqi altında tviter ABŞ-ın keçmiş prezidenti Trampı blokladı, baxmayaraq ki, onlar özləri də Trampın qaydaları pozmadığını etiraf edirlər”, – deyə İ.Mask bildirib.

Qeyd edək ki, Trampın tviterdəki səhifəsi ötən ay İlon Maskın siyasətçinin sosial şəbəkədəki hesabının blokdan çıxarılacağını elan etməsindən dərhal sonra bərpa olunub. Trampın 2009-cu ilin martında yaradılan səhifəsindəki bütün yazıları saxlanılır. Son mesaj 2021-ci il 9 yanvar tarixində yazılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.