Trampın uğursuz zarafatı 30 amerikalını zəhərlədi –“Dezinfeksiya maddələri koronavirusu öldürür”

ABŞ prezidenti Tramp mətbuat konfrasında səsləndirdiyi uğursuz ifadələr az qala onlarla amerikalının həyatı bahasına başa gəlsin.

Azpost.info bildirir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı mətbuat konfransında deyib ki, dezinfeksiyaedici maddələr bir dəqiqə ərzində koronavirusu öldürür. “Bir yol vardırmı ki, onu bədənə aşılayaq və ya onunla ağ ciyərləri yuyub təmizləyək?”.

Amerika səhiyyə nazirliyinin rəsmiləri  və həkimlər  dərhal Trampın bu təklifini təhlükəli adlandıırıb və xalqa  müraciət edərək heç bir halda  bu cür metodları sınaqdan keçirməməyə çağırıb.

Buna baxmayaraq bu təklifi sınaqdan çıxaranlar olub.

ABŞ Səhiyyə Nazirliyinin Nyu-Yorkdakı infeksiyaya nəzarət mərkəzi bildirib ki, cümə axşamı günü səhər saat doqquzdan cümə günü saat 15-dək dezinfeksiya maddələri ilə zəhərlənmiş otuz nəfər xəstəxanaya müraciət edib.

Tramp cümə gün deyib ki, dezinfeksiyaedici maddələrdən istifadə ilə bağlı  təklifi bir zarafat olub. “Qardian” qəzeti yazıb ki, Ağ Ev  ABŞ prezidentinin gündəlik mətbuat konfranslarındakı iştirakını azaltmağı planlaşdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 50 min işsizə 190 manat yardım verilib –

Sonrakı məqalə

Belarusda koronavirusa 10 mindən çox yoluxma halı qeydə alınıb