Belarusda koronavirusa 10 mindən çox yoluxma halı qeydə alınıb

Belarusda koronavirusa tutulan xəstələrin sayı 10 mini ötüb.

Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusdan müalicə olunanların sayı 10463 nəfərdir. Onlardan 1695 nəfəri tam sağalaraq evə buraxılıb, 72 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 147 525 test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Trampın uğursuz zarafatı 30 amerikalını zəhərlədi –

Sonrakı məqalə

Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini keçib