“Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarından ciddi narahatıq”- Çin XİN

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün XİN-in rəsmi nümayəndəsi Çjao Litszyan deyib ki, Çin D. Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarından ciddi narahatlığını ifadə edir.

ÜST-ün nüfuzlu və peşəkar beynəlxalq təşkilat kimi səhiyyə sahəsində böhranların tənzimlənməsində əvəzedilməz rol oynadığını vurğulayan çinli diplomatın sözlərinə görə, COVİD-19-un yayılmasından ÜST Tedros Adxanom Qebreyesusun rəhbərliyi altında altında öz üzərinə düşən öhdəlikləri effektiv şəkildə yerinə yetirib və hər yerdə hamının etiraf etdiyi kimi, beynəlxalq cəmiyyətin fəaliyyətinin koordinasiya edilməsində mərkəzi rol oynayıb.

O qeyd edib ki, hazırda epidemiya ilə mübarizədə vəziyyət həlledici mərhələdədir və  ABŞ-ın bu qərarı ÜST-ün imkanlarını zəiflədəcək, habelə beynəlxalq əməkdaşlığı sarsıdacaq və ABŞ-da daxil olmaqla bütün ölkələrə, xüsusən də səhiyyə sistemi zəif olan ölkələrə təsir edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Almaniyanın aparıcı epidemioloqu koronavirus probleminin radikal həllini təklif edir