Almaniyanın aparıcı epidemioloqu koronavirus probleminin radikal həllini təklif edir

“Yaşı 50-dən aşağı olan insanlar yəqin ki, koronavirusdan ölməyəcək və ya ağır formada xəstələnməyəcəklər. Buna görə biz onların yoluxmasına, xəstəlik keçirməsinə və immunitet yaranmasına imkan verməliyik”.

Azərtac xəbər verir ki, kifayət qədər qeyri-adi səslənən bu təklif Almaniyanın aparıcı epidemioloqlarından biri olan Aleksandr Kekule tərəfindən irəli sürülüb.

Onun fikrincə, koronavirusa qarşı vaksin, Allah bilir nə vaxt ixtira ediləcək, onu gözləmək lazım deyil.

Kekule bütün karantin məhdudiyyətlərinin təcili ləğv olunmasını təklif edir. Amma bu halda üç şərtə riayət etmək lazımdır: yaşlılar evdə qalmağa davam etməlidir; sosial məsafədən intellektual məsafəyə keçmək lazımdır; gəncləri qəsdən koronavirusa yoluxdurmaq lazımdır ki, onların orqanizmində anticisimlər yaransın.

Kekulenin fikrincə, bu tədbirlər Almaniyada koronavirus epidemiyasına daha tez üstün gəlməyə kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarından ciddi narahatıq”

Sonrakı məqalə

Baş dövlət baytarlıq müfəttişi: