Trampın xüsusi nümayəndəsi Ukrayanya səfər edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə yeni xüsusi nümayəndəsi Keyt Kelloq  yanvarın əvvəlində Kiyevə səfər edəcək.

Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Reuters agentliyi səfər planları ilə tanış olan iki mənbəyə istinadən xəbər verir ki, Kelloq Ukraynda  müharibəyə son qoymaq səyləri çərçivəsində yanvarın əvvəlində Kiyevə və bir sıra digər Avropa paytaxtlarına gedəcək.

Mənbənin sözlərinə görə, onun Moskvaya səfər etməyi planlaşdırmır.

Onun Kiyevdə Ukrayna rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir. “Kelloqun komandası hazırda Roma və Parisdə digər Avropa liderləri ilə görüşlər təşkil etmək üzərində işləyir”- mənbələr Reuters agentliyinə bildiriblər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, görüşlər aktiv danışıqlardan çox “fakt tapmaq” məqsədi daşıyacaq.

Tramp noyabrın sonlarında istefada olan 80 yaşlı general-leytenant Kelloqu prezidentin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə təyin edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.