“Trasın yazdığı “hər şey hazırdır” mesajı Londonun bu hucumda iştirakını təsdiqləyir”- PATRUŞEV

“Britaniyanın keçmiş Baş naziri Liz Trasın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə hücumlardan sonra ABŞ dövlət katibi Entoni Blinkenə “hər şey hazırdır” mesajını göndərməsi Londonun baş verənlərdə iştirakını təsdiqləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“O vaxt Böyük Britaniyanın Baş naziri Liz Trasın qaz kəmərləri partladıqdan sonra dərhal sonra ABŞ dövlət katibi Entoni Blinkenə hər şeyin edildiyini bildirdiyi barədə SMS mesajına diqqət etməmək mümkün deyil”, – Patruşev qeyd edib.

“Daily Mail” Trasın telefonunun Rusiya prezidenti Vladimir Putinin casusları tərəfindən sındırıldığını yazıb. Nəşrin məlumatına görə, haker bunu Tras hələ xarici işlər naziri vəzifəsini tutarkən edib.

Azpost.info

Əvvəlki məqalə

Məcburi köçkünlərə ayrılacaq aylıq müavinətin məbləği məlum olub

Sonrakı məqalə

Elm üçün büdcədən ayrılacaq pulun məbləği açıqlanıb –