Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb

User 17 Sentyabr 2025 - 16:31 (Last updated: 17 Sentyabr 2025 - 16:31)
turanbank foto

Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb.

Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

Məlumat üçün qeyd edək ki, bu, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında imzalanan sayca beşinci sazişdir. Belə ki, Bank əvvəlki illərdə də sözügedən maliyyə qurumundan kiçik və orta sahibkarlığın və ticarətin maliyyələşdirilməsi  üçün maliyyə vəsaiti cəlb edib.

Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Məlumat üçün qeyd edək ki, TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya Fondu, Blue Orchard Fondu və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

1992-ci ildən etibarən fəaliyyət göstərən Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır…

AzPost.az

Post navigation

Previous: Formula 1 günlərində metro saat neçəyə qədər işləyəcək? –
Next: “Ölkədə iqtisadi artım tempinin səviyyəsi xeyli aşağı düşüb” –

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30

xƏBƏR

qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Ürəyin sağlamlığı bir məhsuldan deyil, ümumi qidalanma və həyat tərzindən asılıdır. Bu barədə bərpaedici təbabət üzrə həkim,...
Read more about Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı qeza_polis
  • Sosial

Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı

User 02 Noyabr 2026 - 21:29
Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir? iran fars korfezi
  • Dünya

Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir?

User 02 Noyabr 2026 - 21:19
Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər PENSIYA ISV
  • Sosial

Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

User 02 Noyabr 2026 - 21:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.