Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Ölkədə iqtisadi artım tempinin səviyyəsi xeyli aşağı düşüb” –

User 17 Sentyabr 2025 - 17:10 (Last updated: 17 Sentyabr 2025 - 17:10)
eli mesimli03
“Yeni Vergi Məcəlləsinin qəbul edilməsi çox vacibdir.Vergi Məcəlləsinə tez-tez dəyişikliklər xarici investorları çəkindirir“.
AzPost bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 25 ildən çox vaxt keçir.Həmin müddət ərzində bu Məcəlləyə onun maddələrindən qat-qat artıq sayda dəyişiklik edilib. Məcəlləyə dəyişikliklər etmək əvəzinə yeni Vergi Məcəlləsinin qəbul edilməsi daha məqbul variantdir.
Əli Məsimli bildirib ki, orta müddətə hər il kənd təsərrüfatına 500 milyon manat yönəldilib, ondan səmərəli istifadə etməklə, 5-6 ildən sonra 12 əsas məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar: “Neçə illərdir hər il kənd təsərrüfatına yönəldilən vəsait həmin məbləği üstələyib, amma xeylı vaxtdır hər il orta hesabla 3 faiz ətrafında artım olub. Bu ilin 8 ayının göstəricilərinə görə isə kənd təsrrüfatında 1 faizə yaxın enmə müşahidə olunub. Bu fakt aqrar sahədə islahatlar kontekstində kənd təsərrüfatına diqqətin artırılmasını, bu sahənin tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsini tələb edir“.
Deputat həmçinin quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsini təklif edib. Onun fikrincə,  bu, fermerlərin məruz qaldığı maliyyə itkilərinin aradan qaldırılmasına real şərait yarada bilər.
Deputat bildirib ki, son vaxtlar ölkəmizdə iqtisadi artım templərinin səviyyəsi xeyli aşağı düşüb. Onun sözlərinə görə, əgər ötən ilin səkkiz ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 4 faizdən çox artmışdısa bu il cəmi 1 faiz artım olub. Heft hasilatının aşağı düşməsi həmin sahənin maliyyə və digər göstəricilərini pisləşdirməklə yanaşı, həm də ölkəmizin ümumi artım tempinə də mənfi təsir göstərir.
“Neft sahəsindəki azalmalarla bağlı olan hissəsi məlum… Bəs qeyri -neft sektorunun ÜDM-də artım tempi niyə bu qədər aşağı düşüb? Əgər 2024-cü ilin 8 ayında 2023-cü ilin müvafiq dövrü ilə müqatisədə qeyri neft-qaz ÜDM-i 7 faiz artmışdısa, bu ilin müvafiq dövründə bu artım 2,6 faiz təşkil edib”- deyə deputat vurğulayıb.
Ə.Məsimli bildirib ki, sənayedə də buna oxşaq vəziyyətdir. Keçən ilin avqustuna qeyri neft-qaz sənayesi 8 faizə yaxın artmışdısa, bu ilin müvafiq dövründə bu artım 4,8 faiz təşkil edib. Deputat aidiyyatı qurumların iştirakı ilə dinləmənin keçirilməsini vacib hesab edib.
AzPost

AzPost.az

Post navigation

Previous: TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb
Next: İsrail səfiri siyasi partiyanın ofisinə gəldi –

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30

xƏBƏR

PENSIYA ISV
  • Sosial

Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

User 02 Noyabr 2026 - 21:00
Pensiyaya çıxmaq yaşına yaxınlaşan insanların bir qismi yalnız yaş həddinin tamamlanmasını gözləyir. Halbuki pensiya məsələsində təkcə yaş...
Read more about Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər
Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi kreml
  • Dünya

Rusiya ordusu Ukraynada rekord itki verdi – Bir ayda 54 min hərbçi

User 02 Noyabr 2026 - 20:39
Evdəki dərman qutusunda təhlükə – Bu 5 preparatla ehtiyatlı olun derman
  • Sosial

Evdəki dərman qutusunda təhlükə – Bu 5 preparatla ehtiyatlı olun

User 02 Noyabr 2026 - 20:33
ABŞ İrana yenidən hücum edə bilər – Körfəz ölkələrində müharibə qorxusu artır abs iran savas
  • Dünya

ABŞ İrana yenidən hücum edə bilər – Körfəz ölkələrində müharibə qorxusu artır

User 02 Noyabr 2026 - 20:25
Qarında piydən xilas olmağın 6 yolu – Mütəxəssisdən vacib məsləhət piylemne
  • Maraqlı

Qarında piydən xilas olmağın 6 yolu – Mütəxəssisdən vacib məsləhət

User 02 Noyabr 2026 - 20:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.