Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Turizm Agentliyi qış turizmi ilə bağlı görülən işləri açıqlayıb

User 13 Dekabr 2025 - 13:05 (Last updated: 13 Dekabr 2025 - 11:53)
turizm

Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

“Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayının ortalarında başlayır və mart ayının sonlarınadək davam edir. Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır. Dövlət Turizm Agentliyi tərəfindən ilboyu qış turizminin, həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir”, – qurumdan qeyd edilib.

Agentlikdən bildirilib ki, Azərbaycanda qış mövsümü üzrə turizm imkanlarının təbliği, ölkəyə qış mövsümündə səyahət edən turistlərin sayının artırılması məqsədilə, həmçinin ölkəmizin qış turizmi üzrə cəlbedici destinasiya kimi tanıdılması məqsədilə hədəf ölkələrdən aparıcı turizm şirkətləri və media nümayəndələri üçün tanıtım səfərləri təşkil edilir:

“Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir”.

Qurumdan vurğulanıb ki, işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur.

“Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək vermə potensialına malikdir”,- deyə agentlikdən əlavə edilib.

AzPost.az

Post navigation

Previous: “Azərcell”də yeni xidmət haqları tətbiq edildi-
Next: Əkrəm İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.