“Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək”- Dövlət Agentliyi

“Turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur: “Turizm polisi böyük bir layihənin tərkib hissəsidir. Bu, əslində, turistlərə dəstək olan bir neçə dövlət qurumu tərəfindən vahid xidmətin göstərilməsidir. Bu da turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq”.

K.Quluzadə qeyd edib ki, artıq turizm polisinin yaradılması ilə bağlı müəyyən razılıqlar əldə olunub: “Turizm polisinin geyiminin necə olacağı, hansı ərazilərdə fəaliyyət göstərəcəyi, onların hansı treninqlərdən keçəcəyi ilə bağlı müəyyən razılıqlar əldə olunub. Təbii ki, turizm polisləri xüsusi treninqlərdən keçmiş və bir neçə dil bilən şəxslər olacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

Sonrakı məqalə

XİN: