“Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb” –İLHAM ƏLİYEV

“Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

Dövlət başçısı bununla  bağlı suala cavabında deyib ki,  Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən həyata keçirir: “O vaxtdan başlanan əməkdaşlıq biu günə qədər davam edir. Doğrudur, zərurətdən və şəraitdən  asılı olaraq onun forması dəyişir.  Ötən 10 il ərzində Türkiyənin hərbi strukturları Azərbaycan ordusunun modernləşdirilməsində və yüksək standartlara çatdırılmasında böyük rol oynayıb”.

Aparıcının “Azərbaycanda Türkiyə hərbi bazasına ehtiyac varmı?” sualına Prezident deyib ki, zaman-zaman bəzi mediada belə informasiya yayılır. Dövlət başçsının cavabı belə olub: “Yox. Əgər qısaca demək mümkünsə…Əgər cavabımı bir az genişləndirsəm deyə bilərəm ki, buna tələbat yoxdur”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.