Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Azpost.info bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
“Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istədiyi bir vaxtda BRICS-ə qoşulmaq üçün müraciət edib”-deyə məlumatda vurğulanır.
“Türkiyə Şərq və Qərblə münasibətlərini eyni zamanda yaxşılaşdırarsa, güclü, firavan, nüfuzlu və təsirli bir ölkə ola bilər”, – Ərdoğan həftə sonu İstanbulda deyib.
BRİKS 2006-cı ildə yaradılıb. Onun tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxil olub, bu ittifaq ilk hərflərinin adını daşıyır. 2024-cü ilin yanvarında Misir, İran, BƏƏ və Efiopiya təşkilata qoşulub. Malayziya, Tailand və Azərbaycan qoşulmaq üçün müraciət edib.
Onun genişləndirilməsi məsələsinin müzakirə olunacağı növbəti BRİKS sammiti oktyabrın 22-24-də Rusiyada keçiriləcək.