Türkiyə-Naxçıvan quru yolu bağlandı

24 May 2021 - 09:58

Türkiyənin İğdır şəhərinin Aralıq rayonunda güclü yağış selə səbəb olub.

“TRT Haber” məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.

Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.

Selin gətirdiyi qaya parçaları gediş-gəlişə maneə yaradıb.

Yolun açılması üçün çalışmalar davam edir.