Türkiyə telekanalları Bakıda keçirilən Zəfər paradını canlı yayımlayıb

10 Dekabr 2020 - 15:47

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Türkiyə telekanalları tərəfindən canlı yayımla nümayiş etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, eləcə də Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmələri də qardaş ölkənin telekanalları tərəfindən göstərilib.

Reportajlarda dövlət başçılarının paradda söylədikləri nitqlərindən ayrı-ayrı məqamlar təqdim olunub.